Emmanuel Makron - NATO-ya daxil ola bilməyəcək Ukraynanı tərk edə bilmərik
NATO-ya daxil ola bilməyəcək Ukraynanı tərk edə bilmərik – bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Makron bildirib ki, ukraynalıların öz ərazilərini tam şəkildə geri qaytara bilməyəcəklərini “demək üçün cəsarəti (aydınlığı) var”.
Fransa Prezidenti qeyd edib ki, mümkün sülh razılaşmasının imzalanması və atəşkəsdən sonra Rusiya qoşunları tərəfindən yeni hücumlar halında BMT-nin mandatı və ya təhlükəsizlik qüvvələrinin olması məsələsi ortaya çıxacaq.
“Güclü Ukrayna ordusunun olması təhlükəsizliyin birinci təminatı olmalıdır. Biz Ukraynanı tərk edə bilmərik, çünki o, NATO-ya üzv ola bilməyəcək. Biz təhlükəsizliyi təmin edən qüvvələri cəbhə xəttindən uzaq ərazilərdə yerləşdirməliyik. Bu, Rusiyanı münaqişəni davam etdirməkdən çəkindirəcək qüvvə olacaq” – Fransa Prezidenti Fransanın “TF-1” telekanalına müsahibəsində bildirib.
Bununla yanaşı, Emmanuel Makron Ukraynada müharibə bitəndə Vladimer Putinlə yenidən danışmağa hazır olduğunu bəyan edib.