Emmanuel Makron müttəfiqləri ABŞ və Çin qarşısında güc nümayiş etdirmək üçün birləşməyə çağırır - "Məqsədimiz iki hegemon dövlətin vassalı olmamaqdır"
Fransa Prezidenti Emmanuel Makron müttəfiqləri ABŞ və Çin qarşısında güc nümayiş etdirmək üçün birləşməyə çağırır.
Bu haqda “Bloomberg” xəbər verir.
Seulda tələbələrlə söhbəti zamanı Makron demokratik ölkələri Çin və ABŞ qarşısında güc nümayiş etdirmək üçün “müstəqillik koalisiyası” yaratmağa çağırıb.
Fransa Prezidentinin sözlərinə əsasən, Avropa ölkələri, eləcə də Avstraliya, Braziliya, Kanada və Hindistanın beynəlxalq hüquq, demokratiya, iqlim dəyişikliyi və qlobal səhiyyə məsələləri üzrə Yaponiya və Cənubi Koreya ilə ortaq gündəliyi var.
Makronun yeni ittifaqın üzvləri hesab etdiyi ölkələr məhz bunlardır.
“Məqsədimiz iki hegemon dövlətin vassalı olmamaqdır. Çinin dominantlığından asılı olmaq və ABŞ-nin gözlənilməz addımları qarşısında həddindən artıq həssas qalmaq istəmirik. ABŞ böyük ölkədir, lakin hazırkı yanaşması ilə “Pandora qutusu”nu açmaq riski daşıyır” – Makron bildirib.