Emmanuel Makron - Müdaxilə və təzyiq cəhdlərinə baxmayaraq, Moldova vətəndaşlarının seçimi qətiyyətlə təsdiqləndi, Fransa Moldovanı onun Avropa layihəsində dəstəkləyir
Emmanuel Makron - Müdaxilə və təzyiq cəhdlərinə baxmayaraq, Moldova vətəndaşlarının seçimi qətiyyətlə təsdiqləndi, Fransa Moldovanı onun Avropa layihəsində dəstəkləyir

 

Fransa Prezidenti Emmanuel Makron Moldovaya dəstəyini ifadə edib və qeyd edib ki, Paris Avropaya inteqrasiya yolunda Kişinyovun yanındadır.

“Müdaxilə və təzyiq cəhdlərinə baxmayaraq, Moldova vətəndaşlarının seçimi qətiyyətlə təsdiqləndi. Fransa Moldovanı Avropa layihəsində, eləcə də azadlıq və suverenliyə can atmasında dəstəkləyir” – Emmanuel Makron sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səslərin demək olar ki, 100 faizinin sayılması nəticəsində, Avropayönümlü “Fəaliyyət və Həmrəylik” partiyası 50.03 faiz səs toplayıb. İkinci yeri isə 24.26 faizlə sabiq prezident İqor Dodonun rəhbərlik etdiyi Rusiyayönümlü “Vətənpərvərlik bloku” tutur. Seçki bloku “Alternativ”, “Bizim partiya” və “Ləyaqət və Həqiqət Platforması” seçki həddini keçib. İlkin məlumata əsasən, “Fəaliyyət və Həmrəylik” partiyası 52 mandatla sadə parlament çoxluğunu qazanacaq. “Vətənpərvərlik bloku”nun 28 deputatı olacaq, “Alternativ” blokunun – doqquz, “Bizim partiya” və “Ləyaqət və Həqiqət Platforması” partiyasının isə hər biri altı mandatla parlamentə daxil olacaqlar.

Moldovanın parlament seçkilərində fəallıq 52 faizi ötüb.