Emmanuel Makron - Moskva və Kiyev sülh razılaşmasına nail olanda, bizə Rusiya ilə birlikdə yeni təhlükəsizlik arxitekturası yaratmaq lazım olacaq, bunu bəyənsək də, bəyənməsək də, Rusiya bizim qapımızdadır
Moskva və Kiyev sülh razılaşmasına nail olduğu gün, bizə Rusiya ilə birlikdə Avropada yeni təhlükəsizlik arxitekturası yaratmaq lazım olacaq – bu haqda Fransa Prezidenti Emmanuel Makron bildirib.
Makron Rusiya Prezidenti Vladimer Putinlə avropalılarla birlikdə, “çoxlu həmsöhbət” olmadan dialoq “təşkil etmək” istəyir.
Fransa Prezidenti Moskva ilə texniki səviyyədə müzakirə kanallarını bərpa etdiyini bildirib.
“Coğrafiyamız dəyişməyəcək. Bunu bəyənsək də, bəyənməsək də, Rusiya sabah da orada olacaq və bizim qapımızdadır. Moskva və Kiyev sülh razılaşmasına nail olduğu gün, bizə Rusiya ilə birlikdə Avropada yeni təhlükəsizlik arxitekturası yaratmaq lazım olacaq” – Makron qeyd edib.