Emmanuel Makron martın 26-da Yelisey Sarayında Volodimir Zelenskini qəbul edəcək

16:17, 25.03.2025

 
Fransa Prezidenti Emmanuel Makron martın 26-da Yelisey Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

“Dövlət başçısı prezident Zelenskiyə Ukraynaya hərbi və maliyyə dəstəyinin Fransa üçün prioritet olaraq qaldığını bir daha təsdiq edəcək” – Yelisey Sarayının bəyanatında deyilir.

Fransa Prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, martın 26-da “İstəklilər Koalisiyası”nın sammiti planlaşdırılır, onun iştirakçıları Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.

Oxşar