Emmanuel Makron Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması təklifini dəstəkləyib

20:41, 21.09.2026

 

Fransa Prezidenti Emmanuel Makron Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması təklifini dəstəkləyib. Bu barədə o Kanadanın Baş naziri Mark Karni ilə görüşündə bildirib. Məlumatı “Associated Press” yayır.

“Biz Avropa Komissiyasının Prezidentinin qeyd etdiyi kimi, Avropa İttifaqının assosiativ üzvü statusu ilə, eləcə də Avropa cəmiyyətinin tamhüquqlu üzvü qismində Avropa İttifaqı ilə daha sıx əlaqələrin qurulmasını tam şəkildə dəstəkləyirik” – Makron bildirib.

“Kanada və Fransa arasında, onların ən yaxın nöqtələrində cəmi bir neçə kilometr məsafə var. Dəyərlərimiz isə daha da yaxındır” — Kanadanın Baş naziri Mark Karni fransız dilində bildirib.

Media qeyd edir ki, liderlər Nyufaundlend sahilləri yaxınlığında yerləşən və Fransa ilə Kanadanı bir-birindən cəmi bir neçə kilometr ayırdığı Fransa ərazisi olan Sen-Pyer və Mikelon adalarında görüşüblər.

Karninin bəyanatına əsasən, ölkələr öz kosmik agentliklərinə və müdafiə nazirliklərinə infrastrukturu, o cümlədən buraxılış sistemlərini və qurudakı qəbuledici infrastrukturu hazırlamağı və paylaşmağı həvalə edəcəklər. Tərəflər həmçinin energetika, telekommunikasiya, iqlim dəyişikliyinə davamlılıq və iqtisadi inkişaf istiqamətində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Məlumat üçün bildirək ki, sentyabrın 16-da Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün Kanadanın Baş naziri Mark Karni ilə əməkdaşlıq etməyi planlaşdırdığını bəyan etmişdi.

Oxşar