Emmanuel Makron - İsrailin Baş naziri ilə danışdım, bütün tərəflərin atəşkəsə hörmət etməsinin əhəmiyyətini, eləcə də danışıqlar masasına qayıtmağın zəruriliyini vurğuladım
Emmanuel Makron və Benyamin Netanyahu arasında telefon danışığı aparılıb. Bu barədə Fransa Prezidenti sosial şəbəkədə yazır.
Makronun dediyi kimi, İsrailin Baş naziri ilə İranla atəşkəs razılaşmasına riayət edilməsinin əhəmiyyəti barədə danışıb.
“İndilərdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışdım. Bütün tərəflərin qüvvədə olan atəşkəsə hörmət etməsinin əhəmiyyətini vurğuladım. Məqsədimiz eynidir: İran heç vaxt nüvə silahı yaratmamalıdır. Bunu təmin etmək üçün, zamanla danışıqlar masasına qayıtmağın zəruriliyini vurğuladım – nüvə, eləcə də ballistik məsələlər üzrə. Bu, İsrailin təhlükəsizliyi, eləcə də regionda hamı üçün vacibdir” – Makron bildirib.
Bununla yanaşı, Fransa Prezidenti Netanyahu ilə Qəzzadakı vəziyyətlə bağlı da danışdığını deyib.
“İsrailin Baş nazirinə bir daha təkrarladım ki, Qəzzada atəşkəs vacibdir. Bütün girovların azad edilməsi, Qəzza sektorunda humanitar yardıma genişmiqyaslı çıxış və iki dövlət prinsipinə əsaslanan yolun axtarışı yenə əsas prioritetlər olaraq qalır” – Makron sosial şəbəkədə yazır.