Emmanuel Makron - İsrailə qarşı həyata keçirilən terror aktlarını qətiyyətlə qınayır, həlak olanların ailələri və yaxınlarına tam həmrəyliyimi bəyan edirəm
Emmanuel Makron - İsrailə qarşı həyata keçirilən terror aktlarını qətiyyətlə qınayır, həlak olanların ailələri və yaxınlarına tam həmrəyliyimi bəyan edirəm

Fransa prezidenti Emmanuel Makron İsrailə qarşı terror hücumlarını qınayıb.

Makron həlak olanların ailələri və yaxınları ilə həmrəy olduğunu bildirir.

“Hazırda İsrailə qarşı həyata keçirilən terror aktlarını qətiyyətlə qınayıram. Mən ölənlərin ailələrinə və yaxınlarına tam həmrəyliyimi bəyan edirəm”, – Makron yazıb.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Raket hücumu nəticəsində azı 5 nəfər ölüb, 100-dən çox İsrail vətəndaşı yaralanıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb.

Bundan başqa, Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumu səbəbindən İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.