Emmanuel Makron – İsrail xalqının ağrısı bir il əvvəl olduğu kimi kəskin olaraq qalır, nə qurbanları, nə də girovları unuduruq
Fransanın Prezidenti Emmanuel Makron “HƏMAS”ın İsrailə hücumunun birinci ildönümünə münasibət bildirir.
“Ağrı bir il əvvəl olduğu kimi kəskin olaraq qalır. İsrail xalqının ağrısı və yaralı bəşəriyyətin ağrısı. Biz nə qurbanları, nə girovları, nə də itkidən və ya ailə üzvlərini gözləməkdən kədərlənən ailələri unuduruq” – Makron sosial şəbəkədə yazır.
Xatırladaq ki, bu gün “HƏMAS”ın İsrailə hücumundan bir il ötür. Oktyabrın 7-si səhər İsrailə “NOVAS” musiqi festivalı zamanı raketlər atdılar, “HƏMAS”ın üzvləri isə festivalın keçirildiyi əraziyə basqın etdilər və oradakı insanlara atəş açdılar. Hücum nəticəsində festival iştirakçılarının bir qismi həlak olub, bir qismi “HƏMAS” üzvləri tərəfindən girov götürülüb, bir qismi isə qaçıb gizlənməyə müvəffəq olub. Festivalla eyni vaxtda “HƏMAS”ın döyüşçüləri İsraillə Qəzza sektorunun sərhəddində yerləşən yaşayış məntəqələrinə basqın ediblər. Mövcud məlumatlara görə, oktyabrın 7-də baş verən hücumda 1200 nəfər həlak olub, yüzlərlə insan girov götürülüb, 97 nəfər hələ də əsirlikdədir. “HƏMAS”ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına əsasən, müharibə başlayandan bəri Qəzza sektorunda 41 mindən çox fələstinli həlak olub, onların əksəriyyəti mülki şəxslərdir.