Emmanuel Makron – İranlılar zərbələr endirməklə səhv etdilər, bu onların özlərinin imzaladığı razılaşmaya ziddir

21:04, 08.07.2026

 

Fransa Prezidenti Emmanuel Makron İranın Hörmüz boğazında gəmilərə zərbə endirməklə səhv etdiyini və bunun ABŞ-nin reaksiyasına səbəb olduğunu bildirib.

O, bu hərəkətlə Tehranın özünün imzaladığı razılaşmanı pozduğunu deyib.

“Hesab edirəm ki, iranlılar zərbələr endirməklə səhv etdilər, bu, onların özlərinin imzaladığı razılaşmaya ziddir” – Emmanuel Makron bildirib.

Fransa Prezidentinin qeyd etdiyi kimi, tərəflər hələ də ABŞ və İran arasında imzalanmış razılaşma ilə nəzərdə tutulan 60 günlük danışıqlar dövründədirlər.

Makron bildirir ki, onun qənaətinə əsasən, çərçivə müqaviləsində nəzərdə tutulan planlaşdırılan görüşlər davam edəcək.

Oxşar