Emmanuel Makron - Gürcüstanın Avropa yoluna dəstəyimi təkrarlamaq, repressiyalara, hökumət başçısının narahatedici bəyanatlarına və Avropa yoluna xəyanətə görə narahatlığımı ifadə etmək istəyirəm
Gürcüstanın Avropa yoluna və demokratiyasının müdafiəçilərinə tam dəstəyimi təkrarlamaq istəyirəm və gənclərə qarşı repressiyalara, hökumət başçısının narahatedici bəyanatlarına və mahiyyətcə Avropa yoluna xəyanətə görə bizdəki dərin narahatlığı ifadə etmək istəyirəm – bu haqda Fransanın Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tusk ilə keçirilmiş birgə mətbuat konfransında bəyanat verib.
Makron Rusiya tərəfindən Avropada seçki prosesinə edilmiş hibrid hücumlardan danışıb. Fransanın Prezidenti Gürcüstan, Moldova və Rumıniyanı nümunə olaraq çəkib.
“Gürcüstan açıq-aşkar hücum və manipulyasiyaların qurbanı oldu. Gürcüstanın Avropa yoluna və demokratiyasının müdafiəçilərinə tam dəstəyimizi təkrarlamaq istəyirəm və gənclərə qarşı repressiyalara, hökumət başçısının narahatedici bəyanatlarına və seçkilərdən dərhal sonra baş verən və əsaslı olaraq, seçicilərə kampaniya zamanı dedikləri ilə tamamilə ziddiyyət təşkil edən mahiyyətcə Avropa yoluna xəyanətə görə bizdəki dərin narahatlığı ifadə etmək istəyirəm” -Emmanuel Makron bildirib.