Emmanuel Makron - Gürcüstan və Krımdan sonra 2022-ci ilin fevral təcavüzü Rusiyadan qaynaqlanan uzunmüddətli təhlükəni aydın şəkildə ortaya çıxardı
Gürcüstan və Krımdan sonra 2022-ci ilin fevral təcavüzü Rusiyadan qaynaqlanan uzunmüddətli təhlükəni aydın şəkildə ortaya çıxardı – bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron bu bəyanatı Haaqada, NATO sammitindən sonra keçirilən mətbuat konfransında verib.
“Bunu müzakirələr zamanı unutmamalıyıq, çünki Rusiya təhlükəsi mövcuddur. Bunu bu ay dedim, lakin bunun fonunda illərdir yaşayırıq. Rusiyanın Avropada üçüncü müharibəsi bu təhlükəni təsdiqlədi. Gürcüstan və Krımdan sonra 2022-ci ilin fevral təcavüzü uzunmüddətli təhlükəni aydın şəkildə ortaya çıxardı” – Emmanuel Makron bildirib.
Fransa Prezidenti bildirib ki, müdafiəyə investisiyaları artırmaqla Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürür.
“Müdafiəyə yenidən sərmayə qoymağa davam etməklə, bütün üzv ölkələr, xüsusilə də avropalılar, NATO çərçivəsində Avropa sütunu yaratma üçün çalışırlar. Artıq bir neçə ildir məhz bunu dəstəkləyirik: daha çox xərcləyən, öz təhlükəsizliyinə görə daha çox məsuliyyət götürən və yükün daha böyük hissəsini götürən bir Avropa. Bir neçə ildir bu Amerikanın istəyidir, Avropa zərurətidir. Biz buna özümüz üçün və daha müstəqil olmaq üçün ehtiyac duyuruq” – Emmanuel Makron bildirib.