Emmanuel Makron, Fridrix Merts və Donald Tusk Moldovanın Müstəqillik Günü ilə əlaqədar Kişinyova səfər ediblər
Emmanuel Makron, Fridrix Merts və Donald Tusk Moldovanın Müstəqillik Günü ilə əlaqədar Kişinyova səfər ediblər

 

Fransa Prezidenti, Almaniyanın kansleri və Polşanın Baş naziri Moldovanın Müstəqillik Günü ilə əlaqədar Kişinyova səfər ediblər.

Moldova Prezidenti Maia Sandu avropalı liderlərə ev sahibliyi edib.

Qeyd etmək lazımdır ki, Moldovada sentyabrın 28-də parlament seçkiləri planlaşdırılıb, Sandunun Avropayönümlü “Fəaliyyət və Həmrəylik” Partiyası 101 yerlik qanunverici orqanda ilkin sorğulara əsasən, hazırkı 61 mandatını itirə və yalnız 41 yer qazana bilər.