Emmanuel Makron Fransada ümumxalq karantini ikinci dəfə elan etdi.
Məhdudiyyətlər bölgələr arasında hərəkət etməni qadağan edir. Yeni requlasiyalar cümə günündən, 30 oktyabrdan qüvvəyə minir və bir dekabra qədər davam edəcək.
Məhdudiyyətlərə əsasən vətəndaşlara evdən yalnız vacib olduğu təqdirdə çıxmağa icazə veriləcək. Restoran və kafe-barlar bağlanacaq.
Emmanuel Makronun bəyan etdiyinə görə, koronavirus pandemiyasının ikinci dalğası çətin və fatal olacaq.
Makronun dediyinə görə, virus güman edildiyindən daha sürətlə sirkulasiya edir.