Emmanuel Makron Fransa Olimpiya Oyunları zamanı Rusiyadan atəşkəs istəməyi planlaşdırdığını bəyan edir

15:11, 17.03.2024

Fransa Olimpiya Oyunları zamanı Rusiyadan atəşkəs istəmək niyyətindədir. Bu barədə Fransa prezidenti Emmanuel Makron Ukrayna mediyasına müsahibəsində bildirib.

Makrondan jurnalistlərin Paris Olimpiadası zamanı Ukraynadan atəşkəs tələb edib-etməyəcəyi ilə bağlı ünvanladığı sualına o, “Bəli, biz bu barədə onlardan xahiş etməliyik ” cavabını verib.

Emmanuel Makron həmçinin Rusiya idmançılarının vəziyyətdən heç kimin istifadə etməməsi üçün Oyunlardakı çıxışlarını diqqətlə izləyəcəklərini bildirib.

Həmçinin Fransa prezidenti, Rusiyanın coğrafi baxımdan “Rusiya” olaraq qalacağını, yəni Ukrayna ilə qonşu olaraq qalacağını qeyd edib.

“Əvvəllər münaqişələr olub, idmandan uzaqlaşdırılanlar da olub. Biz artıq bunları keçmişik. Biz əminik ki, Rusiya coğrafi olaraq “Rusiya” olaraq qalacaq, yəni o sizin qonşunuzdur. Rusiya xalqının bu rejimi dəstəklədiyini düşünmürəm. Ona görə də gələcək haqqında düşünərkən biz rus xalqı ilə rəhbərliyi bir-birindən fərqləndirməliyik”, – deyə Makron bildirib.

Oxşar