Emmanuel Makron - Faktlar inadkardır, 2008-ci ildə bunu Gürcüstanda etdiyi kimi 2022-ci ildə müharibəni yalnız Rusiya seçdi
Faktlar inadkardır, 2008-ci ildə bunu Gürcüstanda etdiyi kimi 2022-ci ildə müharibəni yalnız Rusiya seçdi – bu barədə Fransa Prezidenti Emmanuel Makron “İstəklilər Koalisiyası”nın görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
“Gəlin inadkar olan faktları yada salaq. 2008-ci ildə bunu Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda etdiyi kimi, 2022-ci ildə də müharibəni yalnız Rusiya seçdi. Bu gün yalnız Rusiya müharibəni davam etdirməyi və hətta gücləndirməyi də seçir” – Emmanuel Makron bildirib.