Emmanuel Makron Donald Trampın bəyanatına cavab olaraq qeyd edib ki, Atlantik okeanında yerləşən Sen-Pyer və Mikelon adaları Fransanın ərazisidir

12:31, 20.09.2026

 

Fransa Prezidenti Emmanuel Makron Donald Trampın bəyanatına cavab olaraq qeyd edib ki, Atlantik okeanında yerləşən Sen-Pyer və Mikelon adaları Fransanın ərazisidir.

ABŞ Prezidenti arxipelaqın Amerika bayrağı ilə qeyd olunduğu xəritə paylaşıb. Fransa Prezidenti, bu ərazinin “fransız” və Fransa ilə sıx bağlı olduğunu bildirib.

“Kiminsə ağlına qəribə fikirlər gəlir və ya qəribə şeylər deyir deyə bunu hər səhər təkrar edəsi deyilik” — Makron izah edib.

Məlumat üçün bildirək ki, Sen-Pyer və Mikelon Fransanın keçmiş koloniyasıdır və Kanadanın sahillərində, Atlantik okeanında yerləşir. 2003-cü ildə arxipelaq Fransanın dənizaşırı ərazisi kimi xüsusi status alıb.

Bununla yanaşı, bu gün Emmanuel Makron Sen-Pyerdə Kanadanın Baş naziri Mark Karniyə ev sahibliyi edəcək.

“Bu, güclü siqnaldır” — Fransa Prezidenti izah edir.

Medianın qeyd etdiyi kimi, Yaxın Şərqdə davam edən müharibə səbəbindən neft qiymətləri sürətlə artır, buna görə də Makron alternativ təchizat mənbələri axtarır və böyük neft istehsalçısı olan Kanada ilə əməkdaşlıq sayəsində buna nail olacağına ümid edir.

Oxşar