Emmanuel Makron Donald Tramp tərəfindən elan edilmiş rüsumlardan zərər görəcək sənayelərin nümayəndələri ilə bu gün görüşəcək
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilmiş rüsumlardan zərər görəcək sənayelərin nümayəndələri ilə bu gün görüşəcək.
Fransa mediası, görüşün yerli vaxtla saat 16:00-da Yelisey sarayında keçiriləcəyi haqda məlumat verir.
Medianın yazdığı kimi, rüsumlar elan edildikdən sonra fransız şərabı və digər spirtli içkilərin satışları Birləşmiş Ştatlarda, ehtimal ki, ən azı 20% azalacaq.