Emmanuel Makron - Donald Tramp ərazi məsələsi ilə bağlı istənilən danışıqların yalnız Ukrayna ilə aparıla biləcəyini xüsusilə qeyd etdi
Donald Tramp ərazi məsələsi ilə bağlı istənilən danışıqların yalnız Ukrayna ilə aparıla biləcəyini xüsusilə qeyd etdi – bu barədə Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla keçirilən virtual sammitdən sonra bildirib.
Emmanuel Makronun dediyi kimi, Donald Tramp Rusiya və Ukrayna arasında atəşkəslə bağlı razılaşmaya nail olunacağına ümid edir.
Bununla yanaşı, Makron qeyd edib ki, ABŞ və Rusiyanın danışıqları yaxşıdır, lakin Avropanın da dinləməsi vacibdir.
Məlumat üçün bildirək ki, Volodimir Zelenski bu gün avropalı liderlərin və ABŞ Prezidentinin iştirakı ilə virtual sammitin keçirildiyi Berlinə gedib.