Emmanuel Makron – Dinc əhalinin bombalandığı bir şəraitdə dialoq mümkün deyil, danışıqların başlaması üçün atəşkəs dərhal elan olunmalıdır
Emmanuel Makron – Dinc əhalinin bombalandığı bir şəraitdə dialoq mümkün deyil, danışıqların başlaması üçün atəşkəs dərhal elan olunmalıdır

Fransa prezidenti Emmanuel Makron Rusiyanı atəşkəslə bağlı təşəbbüsə “Ukraynanın verdiyi kimi aydın cavab” verməyə çağırıb.

“Kiyevdə prezident Tramp ilə birgə biz açıq təklif irəli sürdük: 12 maydan etibarən qeyd-şərtsiz 30 günlük atəşkəs. Prezident Zelenski bunu heç bir şərt qoymadan qəbul etdi. İndi eyni dərəcədə açıq cavabı Rusiyadan gözləyirik. Silahlar danışdığı bir vaxtda danışıqlar mümkün deyil. Dinc əhali bombalanarkən dialoqdan söhbət gedə bilməz. Danışıqların başlaması üçün atəşkəs dərhal həyata keçirilməlidir,” – deyə Makron bildirib.

Qeyd edək ki, 10 may tarixində Emmanuel Makron “İstəyənlərin Koalisiyası” sammitində iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevdə olub. Avropalı liderlər Ukrayna prezidenti ilə birlikdə Moskvadan 12 maydan etibarən qeyd-şərtsiz və tam atəşkəsin təmin olunmasını tələb ediblər. Rusiya prezidenti isə Ukraynaya 15 mayda İstanbulda danışıqların bərpasını təklif edir.