Emmanuel Makron Çinə rəsmi səfər edib
Emmanuel Makron Çinə rəsmi səfər edib

 

Fransa Prezidenti Emmanuel Makron Çinə rəsmi səfər edib. O, dekabrın 4-də Çinin lideri Si Dzinpinlə danışıqlar aparacaq.

Fransa mediasının yazdığı kimi, Makron Ukraynada davam edən müharibəni, Fransa ilə Çinin ticarət münaqişəsi məsələlərini müzakirə etməyi planlaşdırır.

Yelisey Sarayında bəyan ediblər ki, Emmanuel Makron Pekini Rusiyaya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün təsir göstərməyə inandırmağa çalışacaq.

Fransa biznes nümayəndələri Fransa Prezidenti ilə birlikdə Çindədirlər.

Dekabrın 4-də bir neçə iqtisadi müqavilənin, xüsusən də nəqliyyat və enerji sahələrində imzalanması da planlaşdırılır.