Emmanuel Makron – Biz indi Rusiya ilə qarşıdurmadayıq

16:12, 01.10.2025

 

Biz indi Rusiya ilə qarşıdurmadayıq – bu barədə Fransa Prezidenti Emmanuel Makron Kopenhagendə Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammiti başlamazdan əvvəl bildirib.

“Biz indi bir neçə ildir informasiya sahəsində, eləcə də seçkilər zamanı çox aqressiv olan və kiberhücumları artıran Rusiya ilə qarşıdurmadayıq” – Makron bildirib.

Fransanın lideri həmçinin qeyd edib ki, hava məkanını pozan hər kəs cavab gözləməlidir.

Oxşar