Emmanuel Makron bildirir ki, 2027-ci ildə prezidentliyinin ikinci müddəti başa çatdıqdan sonra siyasətdən gedəcək
Emmanuel Makron bildirir ki, 2027-ci ildə prezidentliyinin ikinci müddəti başa çatdıqdan sonra siyasətdən gedəcək. Fransa Prezidenti bu barədə Kiprin paytaxtı Nikosiyada səfəri zamanı danışıb.
“Mən siyasətlə əvvəllər (prezidentlikdən öncə) məşğul olmamışam və bundan sonra da məşğul olmayacağam”, – deyə Makron qeyd edib.
Onun sözlərinə görə, ikinci beşillik müddətin ən çətin hissəsi öz nailiyyətlərini qorumaq olub.
Fransa Prezidenti bildirib ki, o, “siyasi hərəkat yaradıb və daha sonra prezident vəzifəsini tutub”, çünki həmişə ölkəsinin həyatına maraq göstərib və ideyalarının həyata keçməsini istəyib.
Emmanuel Makron 2017-ci ilin mayında Fransa Prezidenti seçilib, 2022-ci ilin aprelində isə ikinci dəfə bu vəzifəyə seçilib.