Emmanuel Makron bəyan edir ki, onun arzusu Ukrayna və Rusiya prezidentlərinin “neytral ölkədə” danışıqlar aparmasıdır
Fransa prezidenti Emmanuel Makron bəyan edir ki, onun arzusu Ukrayna və Rusiya prezidentlərinin “neytral ölkədə”, məsələn, İsveçrədə danışıqlar aparmasıdır. Onun sözlərinə görə, o, görüşün Cenevrədə keçirilməsini dəstəkləyir.
Emmanuel Makronun sözlərinə görə, o, istəyir ki, Zelenski və Putinin sammiti çərçivəsində danışıqlar masasında Avropa liderləri də iştirak etsinlər.
“BBC”-nin məlumatına əsasən, Fransa prezidenti bu şərhi fransız televiziyası LCI-yə verdiyi müsahibədə bildirib.
“Eyni zamanda biz amerikalılarla konkret işə başlayacağıq ki, kimin nə etməyə hazır olduğunu görək,” – deyə Makron bildirib.
Ukraynanın güzəştlərə getməsinə gəlincə, Makron bildirib ki, “Ukrayna yalnız ədalətli və düzgün hesab etdiyi güzəştlərə gedəcək.”
“Barışıq təslimiyyət ola bilməz, bu, Ukrayna və avropalılar üçün faciə olacaq,” – deyə Makron vurğulayıb.