Emmanuel Makron - Avropa İttifaqına üzvlük Ukrayna, Moldova və Gürcüstanın sabitliyinə yeganə cavab ola bilməz
Emmanuel Makron - Avropa İttifaqına üzvlük Ukrayna, Moldova və Gürcüstanın sabitliyinə yeganə cavab ola bilməz

Avropa İttifaqına üzvlük Ukrayna, Moldova və Gürcüstanın sabitliyinə yeganə cavab ola bilməz, biz eləcə də bizim Avropamızın asanlaşdırılmasını davam etdirməliyik ki, daha da effektli olsun, – bu barədə Moldovada səfərdə olan Fransa prezidenti Emmanuel Makron bəyan etdi.

Onun dediyinə görə, müdafiə və təhlükəsizlik kimi üzvlüyü əvəz etməyəcək mühüm məsələlərdə əməkdaşlıq etmək üçün daha geniş Avropa siyasi icmasının yaradılması vacibdir.

Qeyd olunasıdır ki, iyunun 23-24-də keçirilməsi planlaşdırılan və “üçlüyün” Avropa İttifaqına üzv namizəd statusu ilə bağlı qərar verməli olacağı sammit, Fransanın rotasiya əsasında namizədliyinin irəli sürüləcəyi sonuncu sammit olacaq.

“Məsələ irəli sürülüb. Avropa Komissiyası buna baxacaq və şura üzvləri qərar verəcəklər. Mən irəlcədən bu qərar barəsində müzakirə aparmaq istəmirəm, çünki mənim necə Avropa Şurasının rotasiya sədri kimi rolu, konsesusun yaradılmasıdır. Lakim mənim istəyimdir ki, bu tələblər barəsində mənim pozitiv və açıq ismarıcımı göndərə biləm”, – Makron bəyan etdi.