Emmanuel Makron andiçmə mərasimində bəyan etdi ki, Fransaya "yeni medotla" rəhbərlik edəcək
Emmanuel Makron ikinci müddətə Fransa prezidenti seçilməsi ilə bağlı and içdi. Andiçmə mərasimində bəyan etdi ki, Fransaya “yeni medotla” rəhbərlik edəcək. Bu barədə məlumatı “Reuters” yayır.
Qısa nitqində Makron dünya və Fransa üçün misli görünməmiş çağırışlar zamanı innovasiyaların zəruriliyindən danışdı və qeyd etdi ki, onun ikinci prezidentlik müddəti təkcə hakimiyyətdə olduğu ilk beş ilin davamı deyil, həm də yenilik olacaq.
“Birlikdə biz köhnə ənənələrdən və gündəlikdən fərqli yeni bir üsul icad etməliyik ki, onun vasitəsilə yeni məhsuldar, sosial və ekoloji müqavilə qura bilərik”, – Makron qeyd etdi və əlavə etdi ki, hörmət və diqqətlə hərəkət edəcək.
Andiçmə mərasiminə dəvət edilən 500 qonaq arasında keçmiş prezidentlər Fransua Olland və Nikola Sarkozi, keçmiş baş nazirlər Eduard Filip Manuel Vals, Alen Jüppe və Jan-Pyer Rafarin, həmçinin dini liderlər və digər dövlət xadimləri var idi.