Emmanuel Makron - adi vəziyyətdə Ukrayna Avropa İttifaqının namizədi ola bilməzdi, bunu müharibəyə görə edirik
Emmanuel Makron - adi vəziyyətdə Ukrayna Avropa İttifaqının namizədi ola bilməzdi, bunu müharibəyə görə edirik

Adi vəziyyətdə Ukrayna Avropa İttifaqının namizədi ola bilməzdi, bunu müharibəyə görə edirik, – bu barədə Fransa prezidenti, Emmanuel Makron Fransanın “BFM” telekanalına müsahibəsində bəyan etdi.

Makronun dediyinə görə, Ukrayna Avropa ailəsinin üzvüdür.

“Yol uzun olacaq, lakin bu ümudin əlamətidir. Bu həmçinin, Rusiya ünvanına edilən ismarıcdır”, – Makron dedi.

Fransa prezidenti eləcə də qeyd etdi ki, Moldova Avropa İttifaqının namizədi ola bilər.