Emmanuel Makron ABŞ-ın son vaxtlardakı qərarlarının Avropanı daha vahid və fəal olmağa sövq etdiyini bildirir

16:30, 03.02.2025

 
Fransanın Prezidenti Emmanuel Makron Amerika Birləşmiş Ştatlarının son vaxtlardakı qərarlarının Avropanı daha vahid və fəal olmağa sövq etdiyini qeyd edib.

Emmanuel Makron bu haqda Brüsseldə Avropa İttifaqına üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşündən əvvəl danışıb.

“Bu, çox sadədir – biz düşünürük ki, prioritet strateji gündəm və sərhədlərimizin təhlükəsizliyidir. Əgər ticarət məsələlərində bizə hücum edirlərsə, Avropa bir güc olaraq ona hörmət edilməsini təmin etməli və hərəkətə keçməlidir.

Hazırda Ukraynada baş verənlər, prezident Trampın yeni administrasiyasında qərarlar və bəyanatlar ilə əlaqədar baş verənlər avropalıları kollektiv təhlükəsizlik məsələlərinə cavab vermək üçün daha vahid və fəal olmağa sövq edir” – Emmanuel Makron qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Avropa İttifaqından idxal olunan mallara tarif tətbiq etməyi planlaşdırır. “Konkret qrafikim yoxdur, lakin bu, çox yaxında baş verəcək” – Tramp bildirib.

Oxşar