Emmanuel Makron ABŞ-da Fransa investisiyalarının dayandırılması çağırışı ilə çıxış edib

21:18, 03.04.2025

 

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti tərəfindən elan edilmiş rüsumlara cavab olaraq, vəziyyət aydınlaşana qədər ABŞ-da Fransa investisiyalarının dayandırılması çağırışı ilə çıxış edib.

Fransa Prezidenti sənaye nümayəndələri ilə görüşündə Vaşinqtonun gördüyü “qəddar və əsassız” tədbirlərin Avropa ölkələri tərəfindən cavabsız qalmayacağını bildirib.

Makron bildirib ki, Avropa sektorlara əsasən yeni rüsumlara cavab verməlidir. O bildirib ki, Tramp tərəfindən ABŞ-da idxala yeni rüsumların elan edilməsi nəticəsində amerikalılar “daha ​​zəif və yoxsul” olacaqlar, avropalılar isə birlikdə çalışsalar, “uğur əldə edə” və rüsumları ləğv edə biləcəklər.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən müxtəlif ölkələrə tətbiq edilən rüsumlar 10%-dən 49%-ə qədərdir. Bununla yanaşı, Tramp Avropa İttifaqına 20%, Böyük Britaniyaya isə 10% rüsumlar tətbiq edib. ABŞ Prezidentinin qeyd etdiyi kimi, rüsumlar ABŞ iqtisadiyyatını bərpa etməyə kömək edəcək. Həmçinin, Tramp xaricdə istehsal olunan bütün avtomobillərə 25% rüsum tətbiq edib.

Oxşar