Emmanuel Makron - Əgər Rusiya gələcəkdə də sülh danışıqlarından imtina edərsə, biz ABŞ-la birlikdə buna aydın cavab verəcəyik
Emmanuel Makron - Əgər Rusiya gələcəkdə də sülh danışıqlarından imtina edərsə, biz ABŞ-la birlikdə buna aydın cavab verəcəyik

 

Əgər Rusiya gələcəkdə də sülh danışıqlarından imtina edərsə, biz ABŞ-la birlikdə buna aydın cavab verəcəyik – bu barədə Fransa Prezidenti Emmanuel Makron “İstəklilər Koalisiyası”nın görüşündən və Donald Trampla telefon danışığından sonra Volodimir Zelenski ilə birgə keçirilən mətbuat konfransında deyib.

Makron, yaxın vaxtlarda Amerika və Rusiya tərəfləri arasında təmasların baş tutacağını bildirib.

“Bizim aydın mesajımız odur ki, indi bütün mesajlar reallığa çevrilməlidir. İki həftə əvvəl razılaşdırılmış şey: iki prezident səviyyəsində görüş, sonra üçtərəfli görüş və dördtərəfli görüş. Əgər Rusiya gələcəkdə də sülh haqqında konkret danışıqlardan imtina edərsə, o zaman biz ABŞ-la birlikdə əlavə sanksiyalara gedəcəyik və Rusiyanın bu imtinasına aydın cavab verəcəyik” – Makron deyib.