Əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə Londonda metronun əməkdaşları tətil elan ediblər
Londonda metronun əməkdaşları tətil elan ediblər. “Associated Press”in məlumatına əsasən, metronun minlərlə əməkdaşı əməkhaqlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edir.
“Associated Press”in məlumatına əsasən, tətil gündəlik olaraq milyonlarla insanın istifadə etdiyi metro sisteminin bağlanması təhlükəsini yaradır.
“Transport for London” şirkətində bəyan edirlər ki, tətilə görə bazar ertəsindən cümə axşamı da daxil olmaqla qatarların nadir hallarda və ya heç hərəkət etməməsi gözlənilir. Nəqliyyat şirkətinin məlumatına əsasən, onlar işçilərə əməkhaqlarının 3.4% artırılmasını artıq təklif ediblər, lakin həmkarlar ittifaqı iş saatlarının 35-dən 32-yə endirilməsini tələb edir. Şirkətdə bunu edə bilmədiklərini deyirlər.
Bununla yanaşı, həmkarlar ittifaqının məlumatına əsasən, 2018-ci ildən sonra metronun əməkdaşlarının sayı 2000 nəfər azalıb.