Əmək Müfəttişliyi Xidməti yüksək temperatur şəraitində əmək təhlükəsizliyi normalarına riayət olunmasına ölkə üzrə nəzarət həyata keçirir

11:34, 06.08.2026
Screenshot

Screenshot

Yay mövsümündə açıq havada işlə bağlı risklərin qarşısının alınması məqsədilə Əmək Müfəttişliyi Xidməti kompleks tədbirlər həyata keçirir.
İlkin mərhələdə maarifləndirmə məqsədilə müfəttişlər həm işəgötürənlər, həm də işçilərlə məlumatlandırıcı görüşlər keçirir. Görüşlər zamanı yüksək temperaturla bağlı təhlükələr və tövsiyələr barədə ətraflı məlumat verilir.
Məlumatlandırma və məsləhətləşmə mərhələsindən sonra qurum intensiv yoxlama prosesinə başlayacaq.
Monitorinq zamanı xüsusi diqqət açıq ərazilərdə, hündürlükdə və ya yüksək riskli texnikadan istifadə edilən sahələrdə görülən işlərə və fəaliyyət sektorlarına yönəldiləcək.
Yoxlamalar zamanı aşağıdakılar qiymətləndiriləcək: şirkətlər tərəfindən risklərin qiymətləndirilməsi və iş prosesinin düzgün planlaşdırılması; işçilərin içməli su və istirahət üçün zəruri şəraitlə təmin olunması; fərdi mühafizə vasitələrindən istifadə; işçilərin lazımi qaydada məlumatlandırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin əsas məqsədi profilaktik tədbirlərin görülməsi, təhlükəsiz iş mühitinin yaradılması və iş yerlərində bədbəxt hadisələrin qarşısının alınmasıdır.

Oxşar