Emanuel Makron Rusiya və Ukraynanın enerji obyektlərinə zərbələrin dayandırılması üçün “qarşılıqlı moratorium” tətbiq etməyi təklif edir

11:09, 23.09.2026

Fransa Prezidenti Emanuel Makron Rusiya və Ukraynanın enerji obyektlərinə zərbələrin dayandırılması məqsədilə “qarşılıqlı moratorium” tətbiq etməyi təklif edib.
Emanuel Makron BMT Baş Assambleyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyəti “Rusiyaya onun öz ritorikası ilə cavab verməyə” və enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı “qarşılıqlı moratorium” tətbiq etməyə çağırıb.

“Biz qarşılıqlı moratorium təşəbbüsünü, hər iki tərəfin enerji və mülki infrastruktura zərbələri dayandırmasını nəzərdə tutan moratoriumu dəstəkləyirik”, – deyə Fransa Prezidenti bildirib.

Bununla yanaşı, Emanuel Makron dünya liderlərini Qara dənizdə də moratorium tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, bu, taxıl ixracına yol açacaq və bir çox inkişaf etməkdə olan ölkələr üçün mühüm əhəmiyyət daşıyan ərzaq təhlükəsizliyi məsələsinin həllinə kömək edəcək.

Oxşar