Emanuel Makron əhalini xəbərdar edib ki, meşə yanğınları səbəbindən yay ağır keçəcək
Fransa Prezidenti Emmanuel Makron əhalini xəbərdar edib ki, meşə yanğınları səbəbindən bu yay ağır keçəcək.
Fontenblo meşəsində yanğının söndürülməsində iştirak edən yanğınsöndürənlərə baş çəkən Makron bildirib ki, qarşıdakı yay çətin olacaq. Onun sözlərinə görə, meşə yanğınları mövsümünün pik həddinə çatmadan belə, artıq mövcud rekordlar qırılıb.
Prokurorluq qonşu avtomagistralda təmir işləri zamanı elektrik mişarından istifadə edən bir şirkət və onun iki əməkdaşı barəsində araşdırmaya başlayıb. Müfəttişlərin ehtimalına görə, məhz mişardan yaranan qığılcımlar bitki örtüyünün alışmasına səbəb olub.
Bundan əlavə, könüllü yanğınsöndürən də saxlanılıb. O, alışqan və benzindən istifadə edərək yanğını özü törətdiyini etiraf edib.
Həmçinin yayılan məlumata görə, daha bir kişi siqaret kötüyünü ataraq ehtiyatsızlıqdan yanğının yaranmasına səbəb olub.