Emanuel Makron Böyük Yeddiliyin üzvlərinə müraciət edir ki, sammitdə Amazon meşəsində baş verən yanğın məsələsi müzakirə edilsin
Emanuel Makron Böyük Yeddiliyin üzvlərinə müraciət edir ki, sammitdə Amazon meşəsində baş verən yanğın məsələsi müzakirə edilsin

Emanuel Makron Böyük Yeddiliyin üzvlərinə müraciət edir ki, sammitdə Amazon meşəsində baş verən yanğın məsələsi müzakirə edilsin.

Fransa prezidenti dünyanın ən böyük tropik meşəsində baş verən yanğınla bağlı öz “Tvitter” hesabından səsələnir və onu beynəlxalq krizis adlandırır.

“Bu sözün əsl mənası ilə, bizim evimiz yanır. Amazonun tropik meşəsi, dünyanın ağ ciyərləridir və dünyadaki oksijenin 20 faizini məhz o meşə işlədir və o indi atəşlər içindədir.

Bu beynəlxalq krizisdir. Böyük yeddiliyin sammitində gəlin ilk növbədə bu məsələyi fövqəladə rejimdə müzakirə edək” – yazır Makron.

Emanuel Makronun bəyanatına Braziliyanın prezidenti səsləndi. O Fransa prezidentini tənqid etdi və qeyd etdi ki, Fransız həmkarı bu məsələyi öz siyasi məqsədləri üçün istifadə edir.