Emanuel Makron 24 apreli ermənilərin soyqırımının milli anım günü olaraq elan etdi
Fransa prezidenti Emanuel Makron 24 apreli ermənilərin soyqırımının milli anım günü olaraq elan etdi.
Emanuel Makron Fransada erməni təşkilatlarının koordinasiya şurasının hər illik şam yeməyində bəyan etdi ki, Fransa Osmanlı İmperiyasında erməni millətinin soyqırımını ilk qınayan ölkələrdən biridir.
Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsini soyqırım olaraq, Fransa 2001-ci ildə qəbul etdi. 2016-cı ildə isə, bu statusun inkar edilməsini qeyri-qanuni elan etdi.
Emanuel Makronun bəyanatına görə, o bu qərar haqqında məlumatı Türkiyə prezidentinə çoxdan bildirib və Ankara ilə dialoqun davam etməsini istəyir.