"Emaar" Qrupunun təsisçisi - Gürcüstana bizim tərəfimizdən qoyulan nəhəng sərmayə bir çox investora motivasiya verəcək, layihələrə başladığımız bütün ölkələrdə belə oldu
Gürcüstana bizim tərəfimizdən qoyulan nəhəng sərmayə bir çox investora motivasiya verəcək, layihələrə başladığımız bütün ölkələrdə belə oldu – bu haqda “Emaar” Qrupunun təsisçisi və icraçı direktoru Mohamed Ali Raşed Alabar, baş nazir İrakli Kobaxidzenin Əbu-Dabiyə səfəri çərçivəsində əldə olunan razılaşma ilə əlaqədar bildirib.
“Emaar” Qrupunun təsisçisi deyib ki, ölkəyə bu qədər böyük kapital qoyuluşu həyata keçirildikdə, bu, istənilən ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
“Bu heyrətamiz ölkədə, Gürcüstanda, bu nəhəng sərmayə, bilirsiniz, nə edəcək? O, bir çox investora motivasiya verəcək və onlar deyəcəklər :
“Vay! Gürcüstanda möcüzəli hadisə baş verir. Biz də oxşar bir şey etmək istəyirik, biz də çalışırıq”. Bu, layihələrə başladığımız bütün ölkələrdə baş verib. Gürcüstanda işləmək mənim üçün böyük zövq və şərəfdir. Söz veririk ki, yaxşı iş görəcəyik. Ölkəyə bu qədər böyük kapital qoyuluşu həyata keçirildikdə, bu, istənilən ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir” – Mohamed Ali Raşed Alabar bildirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Gürcüstana altı milyard dollar həcmində investisiya qoyulmasını nəzərdə tutan memorandum imzalanıb.