Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan Dəmir Yolları fevralın 26-da bir neçə reysi ləğv edir
Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan Dəmir Yolları fevralın 26-da bir neçə reysi ləğv edir. Bu haqda məlumatı Gürcüstan Dəmir Yolları yayır.
Onların məlumatına əsasən, yaranmış meteoroloji vəziyyət yaxşılaşan kimi reyslər bərpa olunacaq.
“Hörmətli sərnişinlər, Gürcüstan Dəmir Yolları əlavə olaraq nəzərinizə çatdırır ki, mövcud əlverişsiz hava şəraiti və güclü qar yağması ilə əlaqədar bir neçə qatar reysi ləğv edilir. Konkret olaraq, 26 fevral – № 802 Tbilisi – Batumi; 26 fevral – № 803 Batumi – Tbilisi; 26 fevral – №870 Tbilisi-Zuqdidi; 26 fevral – № 873 Poti-Tbilisi; Sərnişinlərə bilet xərcləri tam şəkildə ödəniləcək. Yaranmış meteoroloji vəziyyət yaxşılaşan kimi Gürcüstan Dəmir Yollarının reysləri bərpa olunacaq” – Gürcüstan Dəmir Yollarının məlumatında qeyd olunub.