Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan Dəmir Yolları daha bir neçə reysi ləğv edir
Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan Dəmir Yolları daha bir neçə reysi ləğv edir

 

Əlverişsiz hava şəraiti ilə əlaqədar daha bir neçə qatar reysi ləğv edilir.

Bu haqda məlumatı Gürcüstan Dəmir Yolları yayır.

“Gürcüstan Dəmir Yolları nəzərinizə çatdırır ki, güclü qar yağması səbəbindən aşağıdakı reyslər ləğv edilir: 25 fevral: №804 Tbilisi-Batumi; № 801 Batumi-Tbilisi; №874 Tbilisi-Poti; № 869 Zuqdidi-Tbilisi; Sərnişinlərə bilet xərcləri tam şəkildə ödəniləcək. Yaranmış meteoroloji vəziyyət yaxşılaşan kimi Gürcüstan Dəmir Yollarının reysləri bərpa olunacaq” – Gürcüstan Dəmir Yolları tərəfindən yayılmış məlumatda qeyd olunub.

Gürcüstan Dəmir Yolları əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə qatar reysinin ləğv edilməsi haqda bir neçə saat bundan əvvəl də məlumat yaymışdı.