Elina Valtonen - Gürcüstanın adambaşına düşən siyasi məhbuslarının sayı Rusiyanınkından çoxdur, bu, Avropa yolu deyil, lakin gürcü xalqının seçdiyi yol da deyil
Bu yaxınlarda Cənubi Qafqazdan qayıtdım və təəssüf ki, Gürcüstanda gördüklərim çox, çox narahatedicidir – bu haqda Finlandiyanın xarici işlər naziri Elina Valtonen Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının görüşü başlamazdan əvvəl deyib.
O bildirib ki, Gürcüstanın adambaşına düşən siyasi məhbuslarının sayı Rusiyanınkından çoxdur.
“Bu yaxınlarda Cənubi Qafqazdan qayıtdım və təəssüf ki, Gürcüstanda gördüklərim çox, çox narahatedicidir. Küçələrdə sıravi insanlara qarşı repressiyalar qəbuledilməz bir şeydir. Gürcüstanın adambaşına düşən siyasi məhbuslarının sayı Rusiyanınkından çoxdur, bu isə hamımıza çox güclü siqnal göndərir. Aydındır, bu, Avropa yolu deyil, lakin gürcü xalqının seçdiyi yol da deyil. Belə ki, bu baxımdan da qətiyyətli olmalıyıq” – Finlandiyanın xarici işlər naziri bildirib.
Məlumat üçün bildirək ki, bu gün Lüksemburqda Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının görüşü keçirilir. Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kalas görüşə rəhbərlik edir. Ukraynaya qarşı rus təcavüzü, Moldova, Hindistan və Sakit okean regionunun Avropa İttifaqı ilə əlaqəsi və Sudandakı mövcud vəziyyət də görüşdə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin əsas müzakirə məsələsidir.
Görüşün sonunda Tbilisi vaxtı ilə saat 16:45-ə təyin edilmiş mətbuat konfransı da keçiriləcək.