Əli Əsədov - Azərbaycan və Gürcüstan logistika marşrutunun Avropa ilə Asiyanı Avrasiya marşrutu yolunda birləşdirməsi üçün regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar
Əli Əsədov - Azərbaycan və Gürcüstan logistika marşrutunun Avropa ilə Asiyanı Avrasiya marşrutu yolunda birləşdirməsi üçün regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar

 

Azərbaycan və Gürcüstan bu gün yeni nəqliyyat, yeni logistika marşrutunun Avropa ilə Asiyanı Avrasiya marşrutu yolunda birləşdirməsi üçün regional əməkdaşlığın gücləndirilməsində və tarixi missiyanın yeni formatda və yeni formada ucaldılmasında aparıcı rol oynayırlar – bu haqda Azərbaycanın Baş naziri Əli Əsədov “İpək Yolu Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan və Azərbaycan bu gün təkcə siyasi kontekstdə deyil, həm də iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat istiqamətində də etibarlı tərəfdaşlardır.

“Gürcüstanın Baş naziri, cənab İrakli, Ermənistanın Baş naziri cənab Nikol və zalda olan nümayəndələri də salamlayıram və bu ənənəvi dəvətə, çox səmimi qəbula və forumun gözəl təşkilinə görə Gürcüstanın Baş nazirinə təşəkkür edirəm. Gürcüstanın paytaxtına qayıtdığım üçün çox şadam. Hər il Tbilisi daha da möhtəşəm olur, şəhər böyüyür, inkişaf edir və ötən illə müqayisə etsək artım və inkişaf çox heyrətamizdir. Builki forumun mövzusu çox vacibdir. Bir neçə il ərzində bu forum regional, qlobal məsələlər və gündəmlər üzrə ideyalar mübadiləsi üçün mötəbər beynəlxalq platformaya çevrilib. Qlobal miqyasda inkişaf edən son hadisələr və xüsusən də iqtisadi əməkdaşlıq və nəqliyyat sahələrində müzakirəmizin mövzusuna çevrilən çağırışlar bu toplantının əhəmiyyətini vurğulayır” – Əli Əsədov bildirib.

O bildirib ki, Azərbaycan və Gürcüstan əsrlər ərzində tarixi İpək Yolu üzərində inkişaf edirdilər, Qərblə Şərqi birləşdirirdilər və Avropanı Asiya ilə birləşdirən və inkişafa, ticarətə və iqtisadi əlaqələrin güclənməsinə töhfə verən, mədəni və humanitar mübadilə proqramlarını gücləndirən körpü rolunu oynayırdılar.

“Azərbaycan və Gürcüstan bu gün bu vurğuların gücləndirilməsində, yeni nəqliyyat, yeni logistika marşrutunun Avropa ilə Asiyanı Avrasiya marşrutu yolunda birləşdirməsi üçün regional əməkdaşlığın gücləndirilməsində və tarixi missiyanın yeni formatda və yeni formada ucaldılmasında aparıcı rol oynayırlar. İllər ərzində Gürcüstan və Azərbaycanı birləşdirən dostluq və strateji tərəfdaşlıq və əlaqələr bu regionda sabitlik və sülh üçün ən mühüm dönüş nöqtəsi mərhələlərindən birinə çevrilib. Ölkələrimiz bu gün təkcə siyasi kontekstdə deyil, həm də iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat istiqamətində də etibarlı tərəfdaşlardır. Nəqliyyat və tranzit istiqaməti ənənəvi olaraq gündəmimizin mühüm aspektlərindən biridir. Bu istiqamət daha böyük potensiala malikdir, ticarət, investisiyalar artacaq və yeni iqtisadi imkanlar açılacaq” – Əsədov bildirib.

Material sinxron tərcüməyə əsasən hazırlanıb.