Elene Xoştariya - hamının siyasətdə olmağa hüququ var, sadəcə olaraq məsuliyyətlər var ki, Giorgi Qaxariya heç yerə yayına bilməyəcək
hamının siyasətdə olmağa hüququ var, sadəcə olaraq məsuliyyətlər var ki, Giorgi Qaxariya heç yerə yayına bilməyəcək, – bu barədə “Droa” (vaxtdır) siyasi hərəkatının lideri, Elene Xoştariya bəyan etdi.
Elene Xoştariya Gürcüstanın keçmiş baş naziri, Giorgi Qaxariyanın siyasətdən getməməsi barəsində bəyanatına əks səda verdi.
“Analitiklərdən soruşa bilərsiniz, Qaxariyanın necə və nə cür şansları var. Bu mənim səlahiyyətim deyil, bu barədə müzakirə edim. Hamının siyasətdə olmağa hüququ var, sadəcə olaraq suallar var, onun məqsədi nədir. Həmçinin əsasə sual məsuliyyətlərdir ki, Giorgi Qaxariya heç yerə yayına bilməyəcək. Onunla bağlı olan 20 iyundan başlamış, Zviad Ratianin işi və başqa ağır işlər. Bir çox suala cavab verməlidir”, – Xoştariya bəyan etdi.
Gürcüstanın keçmiş baş naziri, Giorgi Qaxariya, Tsavkisidə, öz evi yanında jurnalistlərə bəyan etdi ki, siyasətdən getməyi planlaşdırmır.
“Baxmayaraq ki, bir çox müxtəlif şayə gəzirdi, heç yerə getməyi planlaşdırmıram. Daha artıq, siyasətdən də getmirəm. Bu gün demək istədiklərim bu qədərdir. Hələlik, tezliklə görüşəcəyik”, – Qaxariya bəyan etdi.