Elene Xoştaria - Rus modelinin deşifrəsi üzərində işləyirik
Elene Xoştaria - Rus modelinin deşifrəsi üzərində işləyirik

 
Saxtalaşdırmanın sübutları artıq ortadadır. Biz indi bir çox ölkədə istifadə edilmiş bu rus modelinin deşifrəsi üzərində işləyirik – bu haqda “Dəyişiklik Naminə Koalisiyası”nın liderlərindən biri Elene Xoştaria jurnalistlərə deyib.

Xoştaria bildirib ki, “Tərəfdaşlar üçün çox maraqlıdır, çünki bu rus modeli bir çox başqa demokratiyalar üçün təhlükədir”.

“Ona görə də sübutlar artıq ortadadır, bütün qiymətləndirmələr birmənalıdır, saxtalaşdırma faktları ortadadır. Əlavə olaraq bütün sxemi açacağıq. MSK-nın əməkdaşlarına, bu işdə iştirak edən digər insanlara məsləhət görərdim ki, özlərini sığortalasınlar və xilas etsinlər, çünki bu, onlar üçün ağrılı olacaq, çünki bu, cinayətdir” – Elene Xoştaria bildirib.