Elene Xoştaria - "Rus Arzusu"na sanksiyanın tətbiqində kiçik töhfəmin də olduğuna görə fəxr edirəm
Elene Xoştaria - "Rus Arzusu"na sanksiyanın tətbiqində kiçik töhfəmin də olduğuna görə fəxr edirəm

 

Rus rejimi şəraitində çox nadir hallarda qürur hiss etmişəm, utanc və vicdan əzabı daha çox yol yoldaşlarımdı, lakin prokurorluğun dırnaqarası ittihamı məhz bütün ömrüm boyu fəxr edəcəyim haldır – bu haqda “Droa”nın lideri Elene Xoştaria sosial şəbəkədə yazır.

Xoştarianın yazdığı kimi, Rusiyanın Ukraynaya hücumundan bir neçə həftə sonra Ukrayna sərhədinə getməkdən və müharibə ərzində dəfələrlə Kiyevdə və Buçada olmaqdan qürur duyur.

“Həmfikirlərimlə birlikdə Ukraynadan qaçan evsiz qalmış yaşlılara və uşaqlara kömək etdiyim üçün fəxr edirəm. “Rus Arzusu”na sanksiyanın tətbiqində kiçik töhfəmin də olduğuna görə fəxr edirəm. Mənim üçün bu, müəyyən dərəcədə bütün doğru insanların “Arzu”nun xəyanətkar siyasətinə görə yaşadığı utancın kompensasiyasıdır. İnanıram ki, hamımız bu utancı birlikdə siləcəyik və tarixin kabus səhifəsində qoyacağıq. Görürük, öz fədakarlığı sayəsində Rustavelidəki etiraz cəmi üç həftəyə sonuncu repressiv qanunu da külə döndərdi. Bu, çox vacib bir qələbədir. Bu, rejimi gücdən salır, onu repressiv alətlərdən məhrum edir və xalqın nə qədər güclü, ədalətli və birləşmiş olduğunu göstərir. Polisin yerləşdirilməsi məhz qanunun tətbiq olunmaması deməkdir. Marşlar isə “Arzu” üçün yeni başağrısıdır. Sona qədər!” – Elene Xoştaria yazır.