Elene Xoştaria - Hakimiyyət dəyişikliyindən sonra bizdə dayanıqlı, azad və peşəkar dövlət qulluğu olacaq
Hakimiyyət dəyişikliyindən sonra bizdə dayanıqlı, azad və peşəkar dövlət qulluğu olacaq – bu haqda “Dəyişikliklər üçün Koalisiya”nın üzvü Elene Xoştaria bildirib.
Onun sözlərinə görə, bu gün dövlət qulluqçularına qarşı kütləvi repressiyalar aparılır.
“Bu gün Gürcüstanda rejim tərəfindən dövlət qulluqçularına qarşı kütləvi repressiyalar aparılır. Onların öz fikirləri var, yüksək ixtisaslıdırlar və sadəcə olaraq işlərindən qovulurlar. Özü də bu sistemli xarakter daşıyır. Bu səbəbdən koalisiyanın onlara qısa müddətli perspektivdə, rejim dəyişmədən əvvəl konkret dəstək mexanizmlərini təklif etməsini
vacib hesab etdik və hakimiyyət dəyişikliyindən sonra bizdə dayanıqlı, azad və peşəkar dövlət qulluğu olacaq” – Elene Xoştaria bildirib.
“Dövlət qulluqçularına dəstək” – “Dəyişikliklər üçün Koalisiya” partiyası bu adda təqdimat keçirir.