Elene Xoştaria “Dəyişiklik Naminə” koalisiyasının siyahıların çıxarılması xahişi ilə MSK-ya müraciət etdiyini bildirir

17:55, 25.11.2024

 
“Dəyişiklik Naminə” koalisiyasının üzvü Elene Xoştaria onların seçki siyahısının çıxarılması xahişi ilə MSK-ya müraciət etdiklərini bildirir.

Xoştarianın dediyi kimi, onun koalisiyasının üzvləri parlamentlə nəsə bir əlaqələrinin olmasını planlaşdırmırlar.

“Dəyişiklik Naminə” koalisiyasının adından nümayəndəmiz bu dəqiqələrdə MSK-dadır və Seçki Məcəlləsinin 120-ci maddəsinin ikinci bəndinə müvafiq olaraq MSK-ya müraciət edir ki, biz siyahını çıxarırıq, bu seçkiləri tanımırıq, bu parlamentlə heç bir əlaqəmizin olmasını planlaşdırmırıq və bizdən heç kim bu parlamentə ayağını basmayacaq” – Xoştaria bildirib.

Oxşar