Elene Xoştaria - Əməyimi qiymətləndirdiyinə görə prokurorluğa çox təşəkkür edirəm
Bəli, “Rus Arzusu”na sanksiya tətbiqi üzərində intensiv işləyirdim və işləyəcəyəm – bu haqda “Droa”nın lideri Elene Xoştaria sosial şəbəkədə yazır.
O, etirazda hər zaman çox fəal olduğunu və olacağını bildirib.
“Əməyimi qiymətləndirdiyinə görə prokurorluğa çox təşəkkür edirəm, həmişə PR ilə bağlı çətinlik çəkmişəm. Bəli, “Rus Arzusu”na sanksiya tətbiqi üzərində intensiv işləyirdim və işləyəcəyəm. Bir şeydə yanılırsınız: mən son bir il deyil, 2002-ci ildən bəri Rusiyaya qarşı işləyirəm. Bəli, etirazda hər zaman çox fəal olmuşam və olacağam. Yazın və oxuyun, ruslar, onsuz da xilas olmayacaqsınız. P.S. Həbsxanaya gəlməklə boş yerə narahat olmayın, onsuz da məni görməyəcəksiniz. Sona qədər” – Elene Xoştaria sosial şəbəkədə yazır.
Gürcüstanın Prokurorluğunda keçirilən brifinqdə baş prokuror Qiorqi Qvarakidze Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibinin başlandığını bildirib.
Prokurorluq Mamuka Xazaradze və Badri Caparidze barəsində qətimkan tədbiri kimi – girov, geridə qalan təqsirləndirilən şəxslər barəsində ilkin məhkəmə iclasının tarixinin müəyyən edilməsi tələbi ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək.