Elene Xoştaria - Həbsxana rəhbərliyinə, istisnasız olaraq hər kəsə təşəkkür edirəm, burada heç bir çətinliyim yoxdur və heç nəyim əksik deyil, mübarizəni davam etdirək, mən buradan, siz oradan
“Rus rejimi” ilə mübarizə apardığınız zaman, onu tanımadığınız və içində olduğunuz mübarizənin nə olduğunu başa düşdüyünüz zaman bir sıra narahatçılığa hazır olmamaq təəccüblü və hətta məsuliyyətsiz olardı – bu barədə “Droa” partiyasının lideri Elene Xoştarianın “Facebook” səhifəsində dərc olunmuş paylaşımında deyilir.
Onun sözlərinə əsasən, Bidzina İvanişvilinin onu cəzalandırdığını zənn etməsi gülməli hesab ediləcək qədər belə deyil.
“Tamamilə dürüstcəsinə, bəzəksiz demək istəyirəm: Bidzina İvanişvilinin məni cəzalandırdığını zənn etməsi gülməli hesab ediləcək qədər belə deyil. Hətta kimsə tərini sildi – biz bir məsələni həll etdik, onu cəzalandırdıq deyə.
Dostlar! Əgər qorxsaydım və ruslarla barışsaydım, onlarla mübarizəyə hazır olmasaydım, bu, mənim üçün bir cəza olardı. Həbsxananın cəza və ya mübarizənin yavaşlaması olduğunu düşünənlərə həqiqətən gülürəm. Əksinə, dırnaqarası hakim və ya “Gürcü Arzusu”nun hər hansı digər nümayəndəsi məndən etiraf etməyimi istəyəndə bir növ məmnunluq hissi keçirirəm. Hansı metoddan istifadə etmələrindən asılı olmayaraq, hamısı məhvə məhkumdur. Onların əl-ayağa düşməsinə gülürəm. Onların zəif nöqtələrini aydın başa düşürəm və zərbələrimizi sakit və soyuqqanlılıqla oradan alacaqlar.
Həmçinin bir məsələyə toxunmaq istəyirəm – cəmi bir dəfə. Ailəm və mən dörd uşağım üçün məsuliyyət daşıyırıq və Tanrı onları heç vaxt “Gürcü Arzusu”nun mərhəmətinə buraxmağımı göstərməsin. Uşaqlarımın rusların mərhəmətinə ehtiyacı yoxdur. Onlar bu sınaqdan niyə keçdiklərini yaxşı başa düşürlər – “Gürcü Arzus”nun nümayəndələrindən daha yaxşı.
Buradaca, müxalifət alyansına çox aydın vurğusuna görə təşəkkür etmək istəyirəm: heç bir sövdələşmə olmayacaq. Və hər kəsə: jurnalistlərə, fəallara və bütün vətəndaşlara dəstəyə görə təşəkkür edirəm.
Həbsxana rəhbərliyinə, istisnasız olaraq hər kəsə təşəkkür edirəm. Burada heç bir çətinliyim yoxdur və heç nəyim əksik deyil, mübarizəni davam etdirək, mən buradan, siz oradan. Sona qədər” – Elene Xoştaria yazır.
Tbilisi Şəhər Məhkəməsi Elene Xoştarianı bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.