Elektron qeydiyyat sistemlərinə kiberhücuma görə London, Brüssel və Berlinin hava limanları hələ də fasilələrlə işləyir
Elektron qeydiyyat sistemlərinə kiberhücuma görə London, Brüssel və Berlinin hava limanları hələ də fasilələrlə işləyir

 

Elektron qeydiyyat sistemlərinə kiberhücuma görə London, Brüssel və Berlinin hava limanları hələ də fasilələrlə işləyir.

Qeyd olunan sistemləri idarə edən “Collins Aerospace” şirkətinə sentyabrın 19-da edilən kiberhücum nəticəsində onlarla reys ləğv edildi, əksər hissəsi isə təxirə salındı və ya daha sonra yerinə yetirildi.

Sərnişin axınını keçirmək üçün hava limanının əməkdaşları qeydiyyat prosedurlarını özləri yerinə yetirəsi oldular, bu səbəbdən gözləmə vaxtı uzandı.

Kiberhücumun konkret olaraq haradan edildiyi hələlik ictimailəşdirilməyib. Avropa İttifaqının kibertəhlükəsizlik agentliyi hadisəni araşdırır.