Eldar Şenqelaianı Didube İctimai Xadimlər Panteonunda dəfn etdilər

 

Kinorejissor Eldar Şenqelaianı Didube İctimai Xadimlər Panteonunda dəfn etdilər.

Rejissoru valideynləri – Nato Vaçnadze, Nikoloz Şenqelaia və qardaşı Qiorqi Şenqelaianın yanında dəfn ediblər.

Eldar Şenqelaianın mülki yas mərasimi Sioni Kafedral Məbədində bu gün səhərdən keçirilirdi.

Gürcüstan Prezidenti, baş nazir, parlamentin sədri, paytaxt meri, hökumət və parlamentin üzvləri rejissorun ailə üzvlərinə başsağlığı veriblər.

Həmçinin, “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili həyat yoldaşı Ekaterine Xvedelidze ilə birlikdə bu gün Eldar Şenqelaianın ailə üzvlərinə başsağlığı verib.

Eldar Şenqelaia avqustun 4-də 92 yaşında dünyasını dəyişib.